Esmeralda

Esmeralda Programlar 12-01-2019, 17:23

Google-dakı problemin səbəbi nə idi?

Google-dakı problemin səbəbi nə idi?
Bütün dünyada populyar olan "Google" axtarış sisteminin fəaliyyətində qlobal nasazlıq yaranıb. Bir sıra ölkələrin istifadəçiləri sistemdən istifadə etmək istəyərkən ciddi problemlərlə üzləşiblər.

Loading.az ICTnews-a istinadən bildirir ki, "Downdetector" saytının (resurs müxtəlif internet xidmətlərindən istifadəni izləyir) məlumatına görə, "Google" sistemi yanvarın 10-da Bakı vaxtı ilə saat 03:37-ə olan vəziyyətə görə işləməyib.

Məsələn, "Google" serverlərindən istifadə ilə bağlı problemlərlə ABŞ, Böyük Britaniya, Yaponiya, Avstraliya, Rusiya, Hindistan, Braziliya, Türkiyə, İspaniya, Peru, eləcə də bir sıra digər ölkələrin internet istifadəçiləri üzləşiblər.

Problemlərlə üzləşən əksər insanların sözlərinə görə, onlar öz "Google" hesablarına daxil ola bilməyiblər. Problemlərlə rastlaşanların təxminən 30 faizi isə "Google" axtarış sistemindən istifadə etmək imkanının olmamasından şikayətlənib.

"Google" serverlərində konkret olaraq hansı hadisənin baş verməsi məlum deyil. ABŞ-ın "Google" texnoloji şirkətinin rəsmi nümayəndələri axtarış sistemi istifadəçilərinin üzləşdiyi problemlərə hələ ki münasibət bildirməyiblər.

Ehtimallara görə, problemlər "Google" şirkətinin müəyyən mərkəzi infrastruktur qovşaqlarında elektrik enerjisinin verilməsinin dayandırılması ilə əlaqədar ola bilər. Lakin daha ciddi nasazlıqların baş verməsi istisna edilmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
604 620 624 560 550 665

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.