Düşmənin dövlət sərhədimizdə təxribatı nəticəsində əsgərimiz ŞƏHİD olub

Düşmənin dövlət sərhədimizdə təxribatı nəticəsində əsgərimiz şəhid olub - Müdafiə Nazirliyi
Bakı, 5 iyul, Loading.Az. Son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.
Bu barədə Loading.Az-a müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.
Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!