DeepDark

DeepDark Hekayələr 28-01-2019, 18:09

Günah Mexanizmi ( Hekayə)

Günah Mexanizmi ( Hekayə)
Günah Mexanizmi ( Hekayə)

Yazdığım dörd hekayədən biri daha buyurun xoş oxumalar diləyirəm :) hekayə haqqında fikirlərinizi görmək xoş olar.

( GÜNAHLARDAN UZAQ OLMAĞINIZ DİLƏYİ İLƏ..)


Hava çox soyuq olduğu üçün səkilərdə, yollarda insan övladını görmək müyəssər olmaz kimsəyə. ya da, güclü küləyin qovaladığı sürətlə qaçan iki ayağı.
Fəqət dördayaqlı olan canlılar istisnadır, onları istilik verən sobaların böyründə və ya isti evdə bir xalçanın üzərində görə bilərsiniz.
Artıq gün çoxdan çıxıb. Budur, o yenə gəlir, əlində möhkəm tutduğu çantası və yanvar ayının sərt küləyindən üşümüş üzündə əvəzolunmaz təbəssümü ilə heç bir çətinlik çəkmədən irəliləyir.
Onu hər bir evdən çıxarkən görə bilərsiniz. Bu yaşlı adam qonaq getməyi çox sevir. Əslində bu, bizlər üçün adi bir şeydir. Yalnız, bu danışdığım əhvalatda qəribə bir məqam var ki, oda bu qocanın heç tanımadığı evlərə qonaq getməsidir.
İlk baxışda bu maraqlı görünə bilər. Hərçənd ev sahibləri dəvətsiz gələn qəfil qonağı qovaraq çölə salmırdılar amma, bu vəziyyət hər kəsdə xoş bir ab-hava yaratmırdı.

- Sənin çöldəki qardan adamın deyəsən əriyir, ya da, yaxşı düzəltməmisən Nihal.
- Düzəldəcəkdim biraz dərslərim var. Çox əriyib qaqaş?
- Sadəcə qolları düşüb, başı hələ ki yerindədir bu kifayət edər. Elə adam var heç başı yoxdur.
- Doğrudan qaqaş? Görmüsən sən elə bir insan? bəs necə yemək yeyir?
- Nə qədər sual verirsən sən, yox əşi zarafat eləyirəm. Başsız da adam olar? Məsələn, boş başlarını bedənləri üstdə gezdirən nə qədər insan desən var.
- Yalançısan sən qaqaş, bir də sözünə inanmayacam.
- yaxşı, yaxşı küsmə de görüm ana hardadı?
- Qonşuya gedib birazdan gələr.

Gəray balaca bacısının başını tumarlayaraq onun dərslərinə kömək etməyə başladı.
Qar ara vermədən yağmaqda idi, masanın üzərindəki saat artıq ikini göstərirdi.
Bu zaman qapı döyülməyə başladı.

- Anamdır gələn qaqaş dur qapını aç.
- Yaxşı sən bu dördüncü çalışmanı da et mən gəlincə.

Gəray iri qar dənələrini görər-görməz papağını başına bərk-bərk sıxıb yeyin addımlarla darvaza qapını açmağa tələsdi.
Qapını açarkən gördüyü insana daha əvvəl heç bir yerdə rast gəlməmişdi, buraların adamına da oxşamırdı.
Əlləri əlcəksiz qıpqırmızı qan rəngi almışdı, elə sifətinin də əllərindən təfavütü yox idi.
Əlində məktəb çantasını andıran biraz iri bir çanta, əynində isə köhnə şinel və başında tank sürənlərin papağına bənzəyən boz rəngdə papaq vardı.

- Salam oğlum qonaq qəbul edirsiniz?
- Hə əlbəttə olar, buyurun xoş gəlmisiniz.

Yaşlı adam asta yeriyərək sanki, soyuq havaya meydan oxuyurdu, gəray isə tələsərək evin qapıaını açdı.
Kişi evə daxil olarkən ətrafa ötəri bir nəzər saldı, nə cür insanlar görmüşdü o, təsadüfi qonağa zillənən gözlərdəki soyuqluğu sezmişdi bu soyuqluq çöldəki sazaqdan qat-qat artıq olardı. Bu dəfə də, olacağına şübhə etmirdi.
Nihal yad kişini görən kimi, kitab-dəftəri yığışdıraraq küncdəki kresloda oturdu, onun maraq dolu gözləri bu adama zillənmişdi.
Kişi divanda əyləşərək dərindən nəfəs aldıqdan sonra, sözə başladı.

- Salam qızım necəsiz? Narahatlıq vermədim ki sizə?
- Yox əmi xoş gəlmisiniz.
Kişi boğazını arıtlayıb təkrar sual verdi.
-böyüklərdən kimsə varmı? Yoxsa tək yaşayırsınız?
- Anam qonşudadı indilərdə gələr çay istəmirsiniz?
- İsti çaya yox demərəm əziyyət verirəm oğlum çoxsağol.

Gəray üç dəqiqə keçmədən bir fincan çayı gətirib stolun üstünə qoydu.
Kişi divandan qalxaraq bir stul götürüb stola yaxınlaşdı, çaydan biraz içib əllərini ovuşduraraq çantasından dəftərçə və qələm götürüb nələrisə qeyd etdib təkrar çantasına geri qoydu, uşaqlar bir-birinə baxaraq sanki, bu kişinin kimliyini tapmağa çalışırdılar lakin bu əbəs idi.
Kişinin üst-başı köhnə idi çantası da geyimindən geri qalmırdı.
Kişi çox gözləməli olacağını anlayıb, qəfildən ayağa durdu.

- Sağolun uşaqlar bu çay nəyə desən dəyərdi, mən artıq yoluma davam edim xudafiz.

Kişi dəmir darvazanı açaraq öz yolunu tutdu.
Nərgiz qonşudan çıxarkən gərayın bir kişini qapıdan yola saldığını gördü, yağan qarın və sərt küləyin təsirindən tez-tələsik evlərinə doğru getdi.

- O kişi kim idi gəray? Nə işi vardı bizim evdə?
- Tanımıram ana, qonağam dedi bir stəkan çay da içib sağollaşaraq çıxıb getdi.
- Sizə kim dedi qapını açasınız? Hər dilənçini, yolçunu, dəlini qanının kandarından qovun rəddolsun.

Gəray anasına bu barəda daha heç nə demədi, ələlxüsus da, gələn qonağın nələrisə qeyd dəftərinə yazdığını.
Bilirdiki anasının xasiyyəti pisdir, min yerə yozacaqdı.
Gəray qapını örtərək xəfif qar dənələrinin içəri girməsinə izin vermədi.

Mən neçə-neçə insanların evlərində dəvətsiz qonaq qismində iştirak etdim, bütün bunlar əlbəttə ki, boş-boşuna deyildi.
Evimdəki iş otağımda hazırladığım günah mexanizminin bir günahı çatmırdı, bütün cəhdlərim bu günahın axtarışı üçün idi.
Hazırladığım günah mexanizmindəki hissələrin artıq çoxusunun unudulduğuna əminəm.
Son günahın təsvirini isə belə şərh edirəm.

" İnsan öz mənəvi keyfiyyətlərini heç bir zaman itirməməlidir, bu insanlığı itirməyə bərabərdir. Gördüyümüz, danışdığımız şəxslər barəsində yalnız, özlərilə söhbət əsnasında bəhs etməliyik.
Kimsə arxasında açılıb-yumulan çənə buraxmaq istəməz.
Günah bir ləkə kimidir deməyəcəm, çünki günah bataqlığın elə özüdür, günahlar sözsüz ki çoxdur, axı insanlar da çoxdur.
Kimsə köhnə bir ayaqqabı geyinirsə, əllərində sazağın bıçaq kimi kəsdiyi yaralar varsa, və bizlərin gözləri ani də olsa bu yaraları görürsə, ürəyimizə həmin sazağın dəridə açdığı yaralar sirayət etmirsə, nələrinsə yolunda getmədiyindən əminliklə danışmaq olar.
İnsanın canı bədəndə olduqca, günahlar da, insanın ruhuna doğru getməyə daim yol axtaracaq.

Son.

Müəllif: Ali Ahlas (Mən)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
597 633 589 594 669 510

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.