Kənan Heydərov

Kənan Heydərov Programlar 29-01-2019, 12:00

Huawei Mate 20 Pro ilə smartfon bazarı yeni eraya qədəm qoydu

Huawei Mate 20 Pro ilə smartfon bazarı yeni eraya qədəm qoydu
Çinin Huawei şirkətinin yeni modellərinin satışı bazarda artıq yeni vəziyyət formalaşdırıb. Belə ki, şirkət dünya bazarlarında smartfon satışı ilə Samsung şirkətindən sonra ikinci yerdə qərarlaşıb.

Huawei şirkətinin ötən ilin sonunda təqdim etdiyi Mate 20 Pro modeli artıq 3 aydan çoxdur ki, ciddi müzakirələrə səbəb olur. Onun üstünlükləri və digər modellərdən fərqləri ilə bağlı analitik yazılar, araşdırmalar aparılır, mütəxsiislər öz fikirlərini bildirir.

Bu model korpusun forması, istifadə olunan dizayn elementləri ilə hətta uzaqdan belə seçilir. Korpusun kənarında telefonu işə salmaq üçün lazım olan düymənin qırmızı rəngdə olması gözdən yayınmır.

Onu da qeyd edək ki, hazırda digər smartfon istehsalçıları hələ də ikili kamera sistemləri üzərində təkrar işlər aparsa da, Huawei artıq üçlü kameralara keçid edib. Xüsusilə də Huawei Mate 20 seriyası Leica Ultra Geniş Bucaqlı Linzaları ilə Leica Üçlü Kamerasını təqdim edib. Smartfon istehsalçılarının "Huawei"in işə saldığı süni intellektə əsaslanan fotoşəkil funksiyası ilə ayaqlaşmağa çalışdığı bir vaxtda Huawei Mate 20 seriyası süni intellektə əsaslanan videoçəkiliş funksionallığını təqdim edib ki, bu funksionallıq da daha çox səy tələb edən videoların hazırlanmasına imkan verir.

Huaweı Mate 20 seriyasının yeni dizaynı zümrüdü-yaşıl rəngli seriyadır. Bu seriya öz adına uyğun olaraq qiymətli zümrüd daşının yarımşəffaf yaşıl kölgəsi rəngindədir.

Göründüyü kimi, Huawei şirkəti yeni smartfon seriyası və ona olan maraq sayəsində bazarda yeni vəziyyətin formalaşmasına səbəb olub.


Huawei Mate 20 Pro ilə smartfon bazarı yeni eraya qədəm qoydu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
670 571 520 542 525 551

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.