mr reborn

mr reborn Məşhurlar 12-07-2016, 23:26

Məhşurların həyatından. (Hadise)

Məhşurların həyatından. (Hadise)
Məhşurların həyatından. (Hadise)

Hadisə 22 oktyabr 1985-ci ildə Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olmuşdur. Atası əslən ləzgi , anası isə qumuq kökənlidir . Ailəsi Sivasın Yıldızeli ilçəsinin Yavu və Fındıcak kəndlərindəndir. 2003-cü ildə Türkiyədəki Pop Star müsabiqəsinin oxşarı olan Pop İdol müsabiqəsində iştirak etmişdir. Bu müsabiqənin qalibi olmasa da, təşkilatçılar ona mahnılarından ibarət albom çıxarmasını təklif etmişdirlər.Hadisənin ilk klipi Sweat 1 noyabr 2004-cü ildə televiziya ekranlarına çıxdı. Bu mahnının uğurlu alınması ilə klipləri musiqi kanallarında tez-tez göstərilməyə başlandı. İkinci albomu Stir Me Up, 6 may 2005-ci ildə çıxdı və Avropada bəyənildi. Xüsusilə albomun çıxış parçası "Stir Me Up" o ilin bir çox yay albomlarına daxil oldu. Üçüncü klipinin adı olan Milk Chocolate Girl 9 oktyabr 2005-ci ildə çıxdı və mahnının adı zamanla Hadisənin ləqəbi halına gəldi. Dördüncü klipi olan Ain't No Love Lost isə 13 yanvar 2006-cı ildə göstərildi.Hadisə, 3 oktyabr 2007-ci ildə yeni mahnı çalışması olan A Good Kissi satışa çıxardı və klipini İstanbulda çəkdirdi. 2008 yay mövsümünə yeni bir albom ilə girməyə hazırlaşan Hadisə Bodrumda Halikarnas Diskoda verdiyi bir konsertlə 2008-ci il yay sezonunun açılışını edən müğənni oldu.Hadisə, Türkiyədə aprel 2006-cı ildən bəri Runltd. menecerlik şirkəti və Süheyl Atay ilə əməkdaşlıq edir. Türkiyədəki ilk konsertini isə, İzmir Loop Kulübündə eyni tarixlərdə verdi. 2006-cı ildə ildə tez-tez Türkiyəyə gələn Hadisə başda Beyaz Show olmaqla bir çox verilişlərdə göründü. Bu vaxtda pərəstiş etdiyi Tarkanla səhnəyə çıxma fürsətini əldə etdi. Maxim, Esquire, Tempo və Aktual jurnallarının üz qabığında şəkilləri çıxdı.

Sərdar Ortaçın 2008-ci ilin yayında satışa çıxan Nefes albomunda yer alan Düşman adlı mahnısını Ortaçla duet oxudu. Kristina Aqulera, Brandy və Beyonse kimi isimleri örnək aldığını bildirən Hadisə, musiqisindən təsirləndiyi musiqiçilər arasında Prince, Janet Jackson, Tina Törner, Alişa Kiz, Toni Brekston, Jamiroquai və U2yi saymaqdadır. Mahnılarında klassik musiqiçi, rok, soul və dünya musiqiçilərini sintez etmə bildirir.

Hadisə yüksək səviyyədə holland, fransız, alman, türk və ingilis dilini bilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
679 665 620 618 627 636

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.