fidann

fidann özünü 😉 kreativ hiss edir. Maraqlı / Müxtəlif 3-02-2019, 12:52

Məktub...

Məktub...
Bu yazını mütləg oxuyun. sona gədər… (Çox düşündürücü bir yazıdır Digər mənbələrdə bu yazı tamamilə dəyişdirilib Bu isə əslidir Araşdırmışam o üzdən bilirəm)

Abraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub

Mən bilirəm ki, o, ətrafdakı insanların heç də hamısının səmimi və ədalətli olmadığını biləcək. Oğluma onu da öyrədin ki, ətrafda dost olduğu kimi düşmən də vardır. Bilirəm, buna zaman lazımdır. Lakin əgər öyrədə bilsəniz, ona əziyyətlə qazanılan bir dolların yerdən tapılan beş dollardan daha qiymətli olduğunu öyrədin. Ona itirməyi və uduzmağı öyrənməsini öyrədin, həm də qələbə çaldıqca sevinməyi… Paxıllıqdan, qısqanclıqdan uzaqlaşmağı, səssiz gülüşün sirlərini öyrədin ona. Elə şərait yaradın ki, oğlum davakar və lovğa adamlar üzərində qələbə çalmağın daha asan olduğunu başa düşə bilsin. Ona kitabların möcüzələr yaratdığını öyrədin.

Ona təbiətin əbədi sirləri haqqında düşünmək üçün asudə vaxt verməyi də unutmayın. Səmadakı quşların, arıların və yamyaşıl yamacdakı çiçəklərin sirrini düşünə biləcəyi asudə vaxtı.

Məktəbdə olarkən səhv etməyin hiylə etməkdən daha şərəfli olduğunu öyrədin ona. Hər kəs onun səhv olduğunu söyləyəndə belə öz şəxsi fikirlərinə inanmasını öyrədin ona. Çalışın ki, o, qalib gəlmiş kütlənin ardınca kor-koranə addımlamasın. Nəzakətli insanlara qarşı nəzakətli, sərt olanlara qarşı sərt olmağı öyrədin. Bütün insanları dinləməsini, həqiqət tərəfdarı olmasını, hər şeyin ən yaxşısını seçməyi öyrədin ona. Əgər bacarsanız, kədərləndiyində belə gülümsəməyi öyrədin ona. Göz yaşlarında heç bir utanc olmadığını öyrədin. Abırsız adamlardan uzaq durmağı öyrədin. Ona qüvvəsini və beynini ən yüksək qiymət verənə satmasını, lakin heç bir zaman ürəyi və qəlbi ilə alver etməməsini öyrədin. Bağıran insan kütləsinə qulaqlarını tıxamasını öyrədin ona. Əgər özünün haqlı olduğuna inanırsa, döyüşməsini öyrədin. Onunla nəzakətli davranın, lakin həddən artıq əzizləməyin. Çünki ancaq odda yanan polad yüksək keyfiyyətə malik olur. Qoy səbirsiz olacaq qədər cəsarətə sahib olsun. Qoy cəsur olacaq qədər səbirli olsun. Ona hər vaxt özünə qarşı dərin bir inamının olmasını öyrədin. Ancaq bu zaman onun insanlığa qarşı dərin bir inamı olacaq. Bu, böyük tələbdir. #feedan>

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
479 427 459 488 431 422

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.