Esmeralda

Esmeralda Programlar 5-02-2019, 13:56

FaceTime-dakı problem çözüldü

FaceTime-dakı problem çözüldü
ABŞ-ın "Apple" şirkəti səsli və videozənglər üçün "FaceTime" proqramında kənar şəxsə başqalarının danışığına qulaq asmağa imkan verən boşluğu aradan qaldırıb.

Loading.az ICTnews-a istinadən bildirir ki, müvafiq yeniləmə gələn həftə istifadəçilər üçün əlçatan olacaq. Şirkətin nümayəndələri, həmçinin "Apple" cihazlarından istifadə edən istifadəçilərə bu barədə məlumat verdikləri üçün təşəkkür edib, bundan başqa, sözügedən boşluq nəticəsində zərər dəymiş şəxslərdən üzr istəyib.

Şirkət nümayəndələri, həmçinin bildiriblər ki, şirkət səhv haqqında xəbər tutan kimi, dərhal "FaceTime"də qrup zəngləri funksiyasını deaktiv edib və problemin həlli ilə məşğul olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
509 537 463 465 517 516

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.