Ümidli gözəl

Ümidli gözəl Mətbəx 18-02-2019, 09:00

Gürcü mətbəxinin şahı: GÜRCÜ XƏNGƏLİ

Gürcü mətbəxinin şahı: GÜRCÜ XƏNGƏLİ
Xəngəl sevən üçün onun mövsümü olmur, ürəyi nə zaman istəsə, yeyər – çöldə şaxta olanda da, 40 dərəcə istidə tər-suya bulaşanda da... Axı o, xəngəlbazdır! Xəngəli çoxumuz sevirik, bu dəfə Loading.Az sufrem.az-a istinadən əsl gürcü xəngəlinin reseptini təqdim edir. Hazırlamaq çox asan imiş

Ərzaqlar: ( 8 porsiya)



Un – 2 kq.
Yumurta – 2 ədəd
Su – 650 ml.
Mal ətinin farşı – 500 qr.
Soğan – 3 baş
Keşniş – yarım dəstə
Cəfəri – yarım dəstə
Yaşıl soğan – yarım dəstə
Sarımsaq – 2 diş
Quyruq – 150 qr.
Duz – istiot

Hazırlanması:
Adi qaydada – un, su, yumurta və bir çimdik duzu qatıb, xəmir yoğururuq. Xəmiri kiçik kündələrə bölürük və yayırıq.
Çəkimiş mal əti və quyruq bir qaba qoyulur. Üzərinə xırdalanmış baş soğan, yaşıl soğan, keşniş, cəfəri, sarımsaq əlavə edilir, duz, istiot vurulur və yaxşıca qarışdırılır. Sonra bu ətə 0,5 st. soyuq qaynanmış su tökmək lazımdır. Çünki içlik bir qədər duru olmalıdır.


Gürcü mətbəxinin şahı: GÜRCÜ XƏNGƏLİ


İçliyi yoğurduğumuz xəmirin tən ortasına qoyuruq. Sonra fotodakı kimi xəngəlin ağzını bağlayırıq – 18-dən çox büküş vurmaq olmaz. Yuxarısını – qalın xəmir hissəsini kəsib götürürük.




Onları səliqə ilə qazanda qaynayan duzlu suya tökürük və təxminən 15 dəqiqə qaynadırıq. Boşqaba düzəndə üzərinə toz istiot da səpirik və sarımsaq qatıqla təqdim edirik. Nuş olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
963 945 807 902 890 877

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.