fidann

fidann özünü 😉 kreativ hiss edir. Texnologiya 4-03-2019, 18:24

Dünyanı dəyişdirən müasir texnologiyalar-2

Dünyanı dəyişdirən müasir texnologiyalar-2
Davamlı İnkişaf naminə eko-yenilənmə və tam texnika

31 Oktyabr, 2011-ci il BMT tərəfindən dünya əhalisinin sayının 7 milyard nəfərə çatdığını bildirən rəsmi gün elan edilmişdir. Bu fakt, 5 il müddətinə “Əhali Bölgüsü”nün hazırladığı və topladığı materiallara əsasən əldə edilmişdir. Bununla belə birinci cədvəldən də gördüyümüz kimi, əhalinin artımı və sayının tək inkişaf mərhələsi zamanı 3 dəfəyədək qalxması məhz ötən əsrə aiddir.

Dünya əhalisinin sayında yüksək həyat səviyyəsi, misilsiz iqtisadi fəaliyyət, iri miqyasda ehtiyatlardan istifadə, nəqliyyat, kommunikasiya, elmi sıçrayışlar və digər bu kimi faktorlar səbəbilə xüsusilə ikinci dünya müharibə­sindən sonra bu günümüzədək, yəni XXI əsrin əvvəllərinədək artım müşahidə olunmuşdur.

Onu da qeyd edək ki, bu inkişafın və artımın töhfələri olduqca mürəkkəb nəticələrin əldə olunmasına gətirib çıxarmışdır. Belə ki, alimlər müasir dövrü­müzdə ətraf mühitin və ekologiyanın çirklənməsi və səviyyəsinin aşağı düşməsinə, iqlim dəyişikliyinə və bu nəticələrlə bağlı olan digər faktorlara cavab tapmağa çalışırlar.

Ətraf mühitlə bağlı ənənəvi siyasət və sözügedən problemlərlə bağlı həyata keçirilən tədbirlər 2-ci cədvəldə təqdim olunmuşdur. Qeyd edək ki, burada göstərilmiş yanaşma tərzi müəyyən mənada tamamilə uğurlu alınmışdır. Məsələn sözügedən yanaşma tərzi çirkli suların təmizlənməsinə, təhlükəli məhsulları yenidən emal etməyə və iqlim dəyişikliyinin sürətlənməsini ləngitməyə yardım etmişdir.

Bununla belə, ənənəvi problemlərin həlli istiqamətində fəaliyyət həmin problemin mövcudluğunun isbatdan sonra başladığından, bu cür siyasət nə sistemli şəkildə faydalı, nə də ümumi mənada problemin qarşısını almağa qadir olmur. Şəxsi problemləri ətraf mühitlə bağlı xüsusi texnoloji vasitələrlə həll etmək isə digər problemlərin, xüsusən də hələ aşkarlanmamış məsələlərin kəskinləşməsinə səbəb ola bilər. Bu gün təbiətdən alınan sərvətlərin 95%-dən çoxu emal edilmiş əmtəə məhsulu hələ bazara çatmamış ifrat dərəcədə sərf edilir və bunun nəticəsi olaraq, avtomobillər kimi bir çox sənaye məhsulları istifadə müddətində əlavə təbii ehtiyatlara tələbat duyur.

Beləliklə də, “ənənəvi texnologiya”ya əsaslanan bu cür tədbirlər artıq uzun müddət kifayət etməyəcəyini sübuta yetirir. Məhz buna görədir ki, insanların tələbatını ödəmək naminə məhsullardan səmərəli şəkildə istifadə və təbii sərvətlərin istehlak edilməsi yeni sistemlərə, əmtəəyə, xidmətlərə, proses və prosedurlara ehtiyac duyur.

Bu zəmində, məhsulun və xidmətlərin tərəqqisini, onların uzunömür­lülüyünü nəzərdən keçirmək lazımdır. Həyata keçirilən analiz və optimallaşdırmalar sübut edir ki, dəyərləndirilən hər bir element və mövcud texnologiyaların tərəqqisi ətraf mühitin təsirinin minimallaşdırılması və təbii ehtiyatların məhsuldarlığının 2-4 dəfə artması ilə nəticələnmişdir. Bu cür yanaşma isə davamlı inkişaf nəzəriyyəsinin həyata keçirilməsi yolunda yeni perspektivlər açır.

Davamlı inkişaf nəzəriyyəsinin həyata keçirilməsi istiqamətində forma­laşmış strategiya bir-biri ilə sıx şəkildə bağlı olan 3 hissədən ibarətdir:

Ehtiyatlardan istifadənin effektivliyinin inkişafının davam etdirilməsi;
Təbii dövriyyə ilə davamlı və zəncirvarı surətdə əlaqələrin formalaşması üçün sənaye, iqtisadi və ictimai proseslərin yenidən qurulması;
Əhalinin həyat tərzinin, təbii sərvətlərin yeni mənasının, zənginlikdən qənaətə doğru gedən və formalaşan prosesin tədris edilməsi;
Texnologiyanın perspektivində sistemlərin və proseslərin mürəkkəbliyinin dəqiq təsvir və ifadəsinin müəyyən edilməsi dayanır. Bu cür mürəkkəbliyin xarakteristikası isə 4 kateqoriyaya bölünə bilər:

Sistemlərin sistemləri – Sistemlərdə yarım-sistemlər və yarım yarım-sistemlər yerləşir.
Tərəqqi edən davranış – Yüksək səviyyəli davranış bir sıra aşağı səviyyəli davranışların nəticəsidir.
Uyğunlaşma – Ehtiyaca əsasən dəyişməsidir.
Qarşılıqlı əlaqə – Sistemin əsas hissələrinin xüsusiyyətlərini xəbər verə bilmir
Texnologiyanın klassik ifadəsi elmi və riyazi prinsiplərin dizayn, manufaktura, effektiv və iqtisadi strukturların əməliyyatı, maşın, proses və sistemlər kimi təcrübi vasitələrə müraciətindən ibarətdir və bu da özlüyündə sözügedən mürəkkəblik üçün əlverişli sayıla bilməz. Bəşəriyyətin cari inkişafı zəminində ehtiyacın mürəkkəbliyi intizamlı şəkildə texnikanın bütün sxemlərinə yanaşmanı nəzərdə tutur.

Bu cür yanaşma Bütöv Texnika adlanır ki, burada effektiv sistemlərin yaradılması istiqamətində elm və incəsənətin bütün sistemlərin və bütün həyat prinsiplərinin istifadəsi nəzərdə tutulur. Tam texnikanın ən əsas alətləri isə inkişafda olan çox ölçülü modellərdir.

Çox ölçülü və ya “çox çəkili” modellərlə yanaşı, çox fenomenal və ya “çox fiziki” modellər də xammal elmi, nanoelektronika, ekoloji rekonstruksiya, atom silahlanması və biotexnologiyanın fəaliyyətinin dayandırılması kimi bir çox sahələrin tədqiqini ehtiva edir.

Çox ölçülü modellərə yanaşma (ÇMY) aşağıdakı kateqoriyalara uyğun olaraq, qruplaşdırıla bilər:

Parametrlərin keçidi ilə ÇMY – bu kateqoriya iki və daha artıq modelin müxtəlif ölçüdə çuğlaşması və əldə olunan parametrin digər modellər üçün əsas daxil edilən materiala çevrilməsini nəzərdə tutur;
Eyni vaxtda həll edilmiş çox ölçülü modellərlə ÇMY (yəni uyğun gələn texnikada istifadə edilən) – bu zaman sözügedən kateqoriya bir-birinə daha çox təsir edən və materialların mübadiləsi protokolları ilə eyni vaxtda stimulyasiyaya ehtiyac duyan modelləri birləşdirir;
Vahid şəkildə birləşmiş ÇMY – müxtəlif ölçüdə çuğlaşmış hissələrin vahid konfiqurasiyada işlənməsini özündə ehtiva edən riyazi planın istifadəsini nəzərdə tutur;
Ümumiyyətlə, tam texnika özlüyündə bir yenilikdir. Ənənəvi mənada yenilik “əhəmiyyətli dərəcədə tərəqqi etmiş məhsulun (əmtəə və ya xidmətin), prosesin, yeni bazar metodunun, biznes təcrübələrində, iş yeri və təşkilatlarda, yaxud da xarici əlaqələrdə yeni təşkilati üsulların həyata keçirilməsidir”. Bu cür tərif neytral olmaqla yanaşı, dəyişikliyin istiqamətini və ya məzmununu təyin edə bilmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
629 610 536 608 568 583

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.