Esmeralda

Esmeralda Texnologiya 2-03-2019, 09:55

Oral B-nin süni zəkalı diş fırçası: Genivus-X

Oral B-nin süni zəkalı diş fırçası: Genivus-X
Oral B tərəfindən istehsal edilən süni intellekt ilə dəstəklənən Genius-X, fırçalama vərdişlərini dəyişdirmək və təkmilləşdirmək üçün ağıllı telefon dəstəyi ilə gəlir.

Texnologiyanın sürətli inkişafı nəticəsində bu günlərdə gündəlik həyatı asanlaşdıracaq yeni praktiki qurğuların ardı-arası kəsilmir.

Loading.az chip.az-a istinadən bildirir ki, dünyaca məşhur şirkət Oral B, diş fırçasını ağıllı texnologiya ilə birləşdirmək qərarına gəlir.

Belə ki, yeni süni zəkalı diş fırçası istifadəçinin fırçalama vərdişlərini öyrənməklə ağız sağlamlığı üçün ən uyğun üsulları təqdim edir. Üstəlik, USB bağlantısı vasitəsilə asanlıqla şarj edilə bilən smart telefon dəstəkli bu cihaz ağız baxımına önəm verən istifadəçilər çox əlverişlidir.

Minlərlə insanın diş fırçalama vərdişlərini bir araya toplayaraq ən sağlam yollarını sizə təqdim edən Genivus-X diş fırçalama məşqçinizə çevriləcək.

Oral B üçün Qlobal Brend Rəhbərinin Direktoru Stephen Squiere, "gələcəyin ağız baxım cihazı" adlandırdığı GENIUS-X barədə çox iddialıdır. Squiere sözlərinə görə diş fırçası, ağız və diş sağlamlığına dair mükəmməl bir təlimatçı və asanlıqla evdə sağlamlıq yoxlanışı keçirməyə imkanı verəcək cihazdır

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 520 454 529 517 476

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.