_Yene_Tenha_

_Yene_Tenha_ Avto Dünya 31-03-2019, 19:55

Xüsusi Bugatti Chiron

Xüsusi Bugatti Chiron
Bu il Bugatti-nin 110 yaşı tamam olur. Şirkət yubiley münasibətilə xüsusi Chiron Sport 110 Ans təqdim edib. İdman versiyasında hiperkara əsaslanan bu avtomobildən cəmi 20 ədəd buraxılacaq. Onlar tutqun polad rəngindədir və Fransa bayrağındakı rənglərdə karbon lifindən elementlər alıblar.

Chiron Sport 110 Ans Edition, həmçinin xüsusi tutqun qara rəngdə yüngüllehimli Nocturne diskləri alıb. Onların arxasında isə French Racing Blue əyləc supportları görünür.

Analoji rəng qammasından superkarın salonunda da istifadə edilib - Deep Blue dəri üzlük, alkantaradan işləmə, karbon lifindən əlavələr və boyun altılarda qırmızı-ağ-göy rənglərdə 110 Ans Bugatti emblemi.

Bundan əlavə, karbon lifindən olan qabaq paneldə xüsusi gümüşü medalyon var və üzərində markanın yubileyi qeyd olunub. Sürücünün və sərnişinin baş üzərində isə Sky View şəffaf dam yerləşdirilib.

Chiron Sport ilə müqayisədə, bu versiyanın kapotu altında elə bir dəyişiklik yoxdur. Onlara heç ehtiyac da yoxdur. Belə ki, 8-litrlik, 4-turbinli W16 1479 a.g. və 1600 Nm fırlanma anı verir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
676 599 623 644 527 559

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.