_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 2-04-2019, 18:49

Yeni iPhone modelinin dizaynı sızdırılıb

Yeni iPhone modelinin dizaynı sızdırılıb
Yeni iPhone seriyasının təqdimatına hələ yarım il vaxt var. Lakin artıq indidən yeni iPhone modelləri barəsində məlumatlar yavaş-yavaş internetdə ortaya çıxmağa başlayıb. iPhone XI modelinin ilk render fotolarından sonra internetdə yeni iPhone modelinin həqiqi çertyoj fotoları ortaya çıxıb.

Barədə Phonearena saytı xəbər verib. Ehtimal ki, smartfon gövdəsinin təqdim olunmuş sxematik fotoları zavoddakı istehsalat xəttinin əməkdaşları üçün nəzərdə tutulub. Belə ki, fotolardan da görmək olar ki, onlar iş çertyojları üçün nəzərdə tutulmuş xüsusi qeydə sahibdirlər.



Fotolardakı cihazın dizayn konturları artıq satışda olan iPhone XS modelinin dizayn konturlarını xatırladır. Lakin təqdim olunmuş fotolarda əks olunmuş cihazın kamera hissəsi hal hazırda satışda olan son iPhone modellərinin kamera hissələrindən fərqlənir. Sxem fotolardan belə qənaətə gəlmək olar ki, təqdim olunacaq yeni iPhone modellərindən biri üç arxa kameraya sahib olacaq və kamera modulları asimmetrik şəkildə yerləşəcəklər.



Qeyd etmək lazımdır ki, OnLeaks ləqəbi ilə tanınan məşhur insayder də bildirmişdi ki, bu il təqdim olunacaq iPhone modeli üç arxa kameraya sahib olacaq. Sxem fotolarda hansı iPhone modelinin əks olunması barəsində mütəxəssislər fərqli fikirlərə sahibdirlər. Bu, iPhone XR-in davamçısı və ya iPhone XI flaqman modeli ola bilər. Qeyd etmək lazımdır ki, bu il təqdim olunacaq yeni iPhone modellərinin texniki özəllikləri barəsində məlumatlar hələki yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
619 535 540 504 565 550

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.