Şəhidlərin qiyamət günündə şəfaət edəcəkləri barədə dəlil varmı?
İslam dininə görə, bəzi şəxslər Allah yanında xüsusi ehtirama malik olduqları üçün, qiyamət günündə öz yaxınlarına, qohum və dostlarına şəfaət edəcəklər. Allah onların xahişini qəbul edib, şəfaətlərinə razi olacaq və günahkar şəxsləri bağışlayacaq.
Bu dəstələrdən biri də şəhidlərdir. Şəhidlərin şəfaət edəcəkləri barədə hər iki məzhəbin mənbələrindən bir neçə hədis verməklə kifayətlənirik. Peyğəmbərdən (s) rəvayət edirlər: "Şəhid öz ailə üzvlərindən yetmiş nəfər üçün şəfaət edəcək" (Kənz əl-ümmal, 4-cü cild, səh. 401, hədisi Əbu Dərda rəvayət edib). Həmçinin, İmam Cəfər Sadiq (ə) Peyğəmbərə (s) istinadən buyurub: "Qiyamət günündə Allahın hüzurunda üç dəstə şəfaət edəcək və onların şəfaəti qəbul olacaq: peyğəmbərlər, sonra alimlər, sonra da şəhidlər" (Bihar əl-ənvar, 100-cü cild, səh. 12). Həmçinin, məsum imamların da yer aldıqları sənəd zənciri ilə Peyğəmbərdən (s) rəvayət edilib ki, qiyamət günündə şəhidlər öz ailə üzvləri və qonşularından 70 min nəfər barəsində şəfaət edəcəklər; hətta qonşuları bir-biri ilə yarışacaqlar ki, kim şəhidə daha yaxındır" (Bihar əl-ənvar, 100-cü cild, səh. 14).