♔Kraliça♔

♔Kraliça♔ Mətbəx 30-07-2016, 15:51

Ərikli mannı zapekankası

Ərikli mannı zapekankası
Ərikli mannı zapekankası
Tərkibi (4 pay):

3-4 iri yetişmiş ərik (sayı formanın ölçüsündən asılıdır)
80 q mannı yarması
80 q badam unu
150 q şəkər tozu
0,5 l süd
4 yumurta
30 q kərə yağı
1 çimdik duz
1 ç.q. badam, yaxud vanil cövhəri
1 x.q. şəkər pudrası
2 x.q. badam yonqarı


Südə bir çimdik duz qatıb ocağın üstünə qoyun. Qaynara düşəndə nazik axınla mannını əlavə edin, dayanmadan qarışdırın ki, lopa qalmasın.
30 saniyə qarışdıraraq bişirin, kərə yağı qatıb qarışdırın və ocaqdan götürün.
Əriklərin dənəsini çıxarıb dilimləyin.
Yumurtaları şəkər tozu ilə mikserdə çalın. Həcmi 2-3 dəfə artmalı və rəngi ağarmalıdır. Badam unu ilə badam/vanil cövhərini əlavə edib qarışdırın, mannı sıyığına qatıb mikserin orta sürətində çalın.
Yağlanmış formaya tökün. Üzərinə ərik dilimlərini düzün. Şəkər pudrası və badam yonqarı (əgər varsa) səpin.
180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Ortası bərkiməli, üzəri qızılı rəngdə olmalıdır.
Bişdikdən sonra üzərinə dəsmal çəkib formada yarım saat saxlayın.
Süfrəyə isti, otaq temperaturunda, yaxud soyuq halda vermək olar. Fransada bunu desert kimi qəbul edirlər. Amma səhər yeməyi üçün də pis deyil.


Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
698 654 693 685 599 615

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.