_Yene_Tenha_

_Yene_Tenha_ Avto Dünya 4-04-2019, 20:23

102 min BMV geri çağırıldı

102 min BMV geri çağırıldı
Almaniyanın məşhur avtomobil istehsalçısı BMV Cənubi Koreyada 102 min 468 avtomobili geri çağırıb.

Səbəb sözügedən avtomobillərin qaz dövriyyəsi sistemindəki soyuducu maye çatışmazlığı və qüsurlu klapanlardır.

Belə ki, ötən il Cənubi Koreyada 40-a yaxın BMV avtomobilinin mühərrikində yanğın baş vermişdi. Bu səbəbdən avtomobil sahibləri istehsalçı şirkəti məhkəməyə vermiş və maddi və mənəvi ziyana görə hər adama 15 milyon Koreya vonu (13,5 min ABŞ dolları) kompensasiya tələb edirdilər.

Baş verən yanğından sonra mütəxəssislərdən və dövlət qurumlarının əməkdaşlarından ibarət qrup araşdırma aparmışdı. Araşdırmanın nəticəsindən sonra şirkətin qüsurlu avtomobilləri geri çağırması barədə qərar qəbul olunmuşdu.

Ötən ilin avqustunda başlayan proses çərçivəsində birinci mərhələdə qüsurlu hesab edilən təxminən 102 min avtomobilin indiyədək 94 faizi geri çağırılaraq, nasaz hissələr dəyişdirilib.

Qeyd edək ki, sözügedən yanğın faktları Cənubi Koreyada BMV avtomobillərinin satışının azalmasına təsir edib. Şirkətin yaydığı məlumatda deyilir ki, bu ilin yanvar-mart aylarında Cənubi Koreyada "BMV and Mini" modeli avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz azalıb

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
652 642 640 568 618 586

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.