_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 5-04-2019, 17:31

Britaniyada smartfonların utilizasiyası üçün avtomatlar quraşdırılıb

Britaniyada smartfonların utilizasiyası üçün avtomatlar quraşdırılıb
Avtomatları ABŞ ərazisində 19 milyondan çox işlənmiş mobil telefon qəbul etmiş ABŞ-ın "Gazelle" şirkəti Böyük Britaniyada ilk avtomatlarını quraşdırıb.

Britaniya sakinləri artıq 18 terminaldan istifadə edə bilərlər. Bu avtomatlar London və Midlendsin supermarket və ticarət mərkəzlərində quraşdırılıb. "Gazelle" gələcəkdə işlənmiş mobil telefonların utilizasiyası üzrə terminallar şəbəkəsinin sayını xeyli artırmağı planlaşdırır.

Öz köhnə telefonunu belə avtomatlara təhvil verən britaniyalılar ani olaraq ödəniş alırlar, həmçinin telefonlarının zibillikdə deyil, utilizasiya ediləcəyinə əmin olurlar. Terminal telefonun qiymətini cihazın modelindən, yaddaş tutumundan və ikinci bazarda qiymətindən asılı olaraq müəyyənləşdirir.

Bundan başqa, terminal telefonda cızıq olub-olmamasını yoxlayır, bütün lazımi informasiyanı oxuyur. Tam qiymətləndirmə aparıldıqdan sonra avtomat telefon üçün qiymət təklif edir. Cihazın sahibi qiymətlə razılaşa və ya satışdan imtina edə bilər. Qurğunun sahibi qiymətlə razılaşdığı halda "Gazelle"nin terminalı 2 ödəniş variantı təklif edir: "PayPal" və ya bank köçürməsi vasitəsilə.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
474 489 511 463 496 510

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.