amon

amon Sevgi 25-07-2016, 16:15

Payız gəldi, Sən gəlməz oldun

Payız gəldi, Sən gəlməz oldun
Payız gəldi, Sən gəlməz oldun
Mən səninlə heç kimlə yaşaya bilməyəcəyim anlar yaşamışam, deyirdin...
Səni mənim kimi sevən olmayacaq, deyirdin...
Mən sevməyi səninlə öyrəndim, deyirdin...
Sən hamıdan fərqli idin, deyirdin...
Gülüşlərin, toxunuşların, sevgin kimi yalan idi hamısı?
Gerçəklər gəldi, SƏN gəlməz oldun...

Mənə verdiyin ördüşü xatırlayırsan? Sən gedəndən sonra hər gecə söhbət edirik biz... Hər dəfə yatanda sənin nə zaman gələcəyini soruşur. Mən isə cavab tapa bilmirəm.
Suallar gəldi, SƏN gəlməz oldun...

Onu bərk-bərk qucaqlayıram, üstünü belə örtürəm... Baxmayaraq ki, o cansızdır. Səndən sonra mənə qalan hər şey özəldir... Sms gəlir böyük bir həyəcanla açıram bax indi yazan sənsən deyə...başqaları olur sınıram... Artıq smsləri belə təəccüblə sən yazarsan deyə açmıram. Onsuzda yazmayacağını bilirəm...
Smslər də gəldi, SƏN gəlməz oldun...


Hər davanın ardından gələcəyini bilirdim. Bəlkə də ona görə gözləmirdim... Mənsiz alınmadığını da bilirdim... Bəs indi necə alınır mənsiz?
Sənsizlik də gəldi, SƏN gəlməz oldun...

Bir neçə gün olar... səninlə qarşılaşdıq. Uzaqdan elə baxdın ki, gələcən sandım... Gəlmədin... Səbəbin nə olduğunu bilmirəm. Amma önəmli olan nəticə deyilmi?!
Təsadüflər də gəldi, SƏN gəlməz oldun...


Amma bu da SON deyə-deyə gəldi sonumuz... Boş yerə söz verdik ikimiz?
Biz bir-birimizdən başqa heç kimi sevə bilməzdik deyirdik, yalan idi hamısı?
Həə... Yalan imiş, nağıl imiş... Gerçək olsaydın, yanımda olardın!
Bax! SONumuz gəldi, SƏN gəlməz oldun...

1 saat olar səni ilk dəfə gördüyüm yerdən gəlirəm... Oturdum, gözlədim... Onsuzda gəlməyəcəyini bilirdim, sadəcə nəyi gözlədiyimi bilmirdim. Bir saat daha....deyə-deyə gözlədim...amma....
Payız gəldi, getdi...
SƏN gəlməz oldun!!!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
811 738 760 732 731 783

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.