Ehmedzade

Ehmedzade Mətbəx 26-05-2019, 17:11

Ketçupu evdə özünüz hazırlayın

Ketçupu evdə özünüz hazırlayın

Makaron, spaqetti, kartof qızartması və s. yeməklərin olmazsa olmazı ketçup böyükdən-kiçiyə hər kəsin sevdiyi təamdır.

Nə qədər ləzzətli də olsa, hazır satılan əksər məhsulların tərkibində qatqı maddələri var. Buna görə, ən yaxşı üsul onu evdə hazırlamaqdır.

Bu gün sizə ketçupun hazırlanma qaydasını təqdim edəcəyik.

Lazım olan ərzaqlar:

2 baş soğan

2 diş sarımsaq

2 x.q zeytun yağı

4 ədəd pomidor

Yarım x.q bibər tomatı

3 x.q sirkə

1 x.q şəkər tozu

Zövqə görə duz

Hazırlanma qaydası:

Əvvəlcə soğan və sarımsaqları soyun və blendrdan keçirin. Daha sonra üzərinə bir şorba qaşığı şəkər tozu töküb qazanda rəngi tündləşənə qədər qızardın. Pomidorların qabıqlarını soyduqdan sonra doğrayıb robotdan və ya sürtgəcdən keçirin. Qazana əlavə edib tomatı da tökün və qarışdıraraq qovurun. Sirkə, zeytun yağı və duzu da əlavə edərək, 40 dəqiqə bişirin. Qarışım soyuduqdan sonra şüşə qablara yığıb istifadə edə bilərsiniz.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
559 565 542 515 517 622

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.