HASANLY

HASANLY Sevgi / Şeirlər 30-05-2019, 16:44

Zəng vur

Zəng vur
İşdi, günün birində,
Görsən çox üşüyürsən,
Görsən ki, sevənin yox,
Daha itib inancın,
Heç kəsə güvənin yox...
Çəkinmə heç bir şeydən,
Birinci mənə zəng vur.

Hamı üstünə gəlsə,
Hamı qınasa səni.
Hamı bildiyin edib,
Birdən sınasa səni.
Qəfil hər kəsi unut,
Birinci mənə zəng vur.

Tənha qalsan nə vaxtsa,
Darıxsan dəli kimi...
Heç kəsin məhəbbəti,
Görsən ki əvəz etmir,
Sənə olan sevgimi,
Birinci mənə zəng vur...


Səfail Aqiloğlu
Zəng vur

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
521 559 579 619 470 559

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.