HASANLY

HASANLY Xəbərlər 1-06-2019, 17:10

Bakını kəpənəklər basıb

Bakını kəpənəklər basıb
Bu gün səhər saatlarından Bakı, Sumqayıt, Xırdalan, Biləcəri ərazisində kəpənəklərin sayında kütləvi artım müşahidə edilir. Mənzərə insanlarda sual doğurub.

Axşam.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən AMEA Zoologiya İnsitutunun kiçik elmi işçisi Nigar Yusifova bildirib ki, kəpənəklərin sayındakı artımın əsas səbəbi miqrasiyadır.

“Hazırda kəpənəyin "vanessa cardui" adlı növünün Afrikadan Aralıq və Qara dəniz üzərindən Avropa istiqamətinə kütləvi miqrasiya etdiyi vaxtdır. Bu növ kəpənəklər beş min kilometrə qədər miqrasiya etmək qabiliyyətinə malikdirlər.

Azərbaycanın da Qara dənizə yaxın olduğunu nəzərə alsaq, ölkədə kəpənək artımını müşahidə etmək normaldır. Bizimlə bərabər, Türkiyə, İsrail və Kiprdə də kütləvi artım müşahidə edilir. Kəpənəklər arılardan sonra əsas tozlandırıcılardır.

Hazırda ölkə ərazisində olan kəpənəklərin hər hansı bir fəsadı yoxdur. Adətən, kəpənəklərin bəzi növlərinin qoyduğu yumurtadan çıxan tırtıllar kənd təsərrüfatına ziyan vurur. Lakin "vanessa cardui" növü kənd təsərrüfatı ziyanvericisi kimi göstərilmir. Onlar qanqal bitkisi üzərində yaşayırlar. Eyni zamanda, ağacların üzərində də görmək olar”, - deyə Nigar Yusifova bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
571 577 521 488 511 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.