Evdə qatıq hazırlamağın QAYDASI

Evdə qatıq hazırlamağın QAYDASI
Evdə qatıq hazırlamağın QAYDASI

Qatığın faydalarını hamımız bilirik. Gündəlik menyumuzda yer almalı olan qidalardan biri qatıqdır. Qatığı mütləq dükandan, bazardan almağınıza gehtiyac yoxdur. Özünüz də evdə qatıq hazırlaya bilərsiniz. Feat.Az evdə qatıq hazırlamağın qaydasını təqdim edir.

Lazım olan ərzaqlar
1,5 litr süd (təbii inək südü daha yaxşıdır)
2 xörək qaşığı qatıq

Hazırlanma qaydası:
İlk olaraq südü qazana tökün. Vam odda ara-sıra qarışdıraraq qaynadın. Süd köpüklənib qalxmağa başlayanda altını söndürün və soyumağa qoyun. 15 dəqiqə sonra südün istiliyini yoxlayın.. Termometriniz varsa ölçün, 45°C olmalıdır. Termometriniz yoxdursa, barmağınızı südün içinə salın. 10 saniyəyə qədər barmağınızı südün içində saxlaya bilirsinizsə, deməli, lazımi istilikdədir.
Ardınca 2 xörək qaşığı qatığı bir kasaya qoyup çırpın. Çırptığınız qatığı südün içinə əlavə edin və qarışsırın. Daha sonra qazanın qapağını bağlamadan südü isti saxlayacaq odeyal ilə sarıyın.
Sobanı 50°C-də çalışdırın, qazanı sobaya qoyun. Süd ən az 4 saat sobada mayalansın. 4 saatdan sonra sobadan çıxarın və otaq temperaturunda təxminən 15 dəqiqə saxlayın. Daha sonra mayalanan qatıq özünü tam tutsun deyə 10 saat soyuducuda saxlayın. Ev qatığınız hazırdır.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
667 716 686 634 711 630

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.