Love Angel

Love Angel Sevgi / Şeirlər 8-06-2019, 14:37

Gülüşün

Gülüşün

Gülüşünü deyirəm e.
Elə bil ki, "layla" deyir dərdlərimə,həsrətinə.
Sən güləndə necə yatır, onlara bax
şirin-şirin.
Çox gülmə ki!
Onlar yatıb böyüyürlər.
Bəs sən getsən?
Dərdlərimin,həsrətinin böyüklüyü,
Gəmirməzmi ruhumdakı həyat eşqin?
Yaxşı,bəlkə belə edək,
Özün getsən,
Gülüşünü qoyarsanmı
Layla desin həsrətinə,dərdlərimə.
Bacarmaram axı sənsiz mən onlarla ...
Heç belə də gülüş olar?!
Məncə bu bir gülüş deyil.
Açık-aşkar qətliamdı.
Elə gözəl hədəf alır,
Bir dəfəylə qətl eləyir içimdəki
Milyon dərdi,sıxıntını.
Şaxtalar sarsa ruhumu,
O ruhuma avqust olur.
Həmdəm olur,həm dost olur.
Sən güləndə dəli ruhum
Bax gör necə də məst olur...
Nə ad verək gülüşünə?
"Laylay" deyək dərdlərimi yatıranda?
"Qatil"deyək sıxıntımı qətl edəndə?
Bəlkə "avqust" olsun adı,
İçimdəki şaxları məhv edəndə?..

Zəhra Əkrəm .

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
431 428 457 383 424 365

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.