amon

amon Sevgi 30-07-2016, 15:51

Mənə zaman ver...!!!

Mənə zaman ver...!!!
Mənə zaman ver...!!!
Mənə zaman ver...!!!
Unudum keçmişimi. Keçmişi unutmadn. Gələcəyi addımlamaq olmur.
Sən həyatsan?


Mənə zaman ver...!!!
Unudum xəyanəti. Hər addımından qorxuram.
Sən sevgisən?


Mənə zaman ver...!!!
Unudum göz yaşımı. Sənin hər sözün kövrəldir, güldürmək istəsən belə.
Sən təbəssümsən?


Mənə zaman ver...!!!
Tək gəzim dəniz sahilində. Adını yazım ürəyin içində sahilə. Yusun aparsın dalğalar.
Sən ürəksən?


Mənə zaman ver...!!!
Gəzim yağışlı küçələrdə. Arxamca qaçıb çətiri tutma. Zaman çətirimdi.
Sən yağışsan?


Mənə zaman ver...!!!
Dinləyim mahnımızı. Sənsiz. Səssiz.
Sən ümidsən?


Mənə zaman ver...!!!
Gedim uzaqlara. "Dön" demə. Döndüyümdə təqvimin üzərində olmadığım günlərin üzərindən xətt çəkdiyini görmək istərəm.
Sən darıxırsan?


Mənə zaman ver...!!!
Necə ki mən sənə məni kəşf etməyin üçün zaman verdim...!!!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
743 723 649 747 694 655

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.