reklam
Mercedes ən sürətli sportkar təqdim edib Mercedes ən sürətli sportkar təqdim edib http://take.az/uploads/posts/2016-07/1469952373_1467203969.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ Avto Dünya 31-07-2016, 16:00

Mercedes ən sürətli sportkar təqdim edib

Mercedes ən sürətli sportkar təqdim edib
Mercedes ən sürətli sportkar təqdim edib

“Mercedes-Benz” sportkar “AMG GT R” təqdim edib. Avtomobilin rəsmi təqdimatı Hudvudda sürət festivalında keçiriləcək. O, “Mercedes-AMG” brendi altında buraxılıb və model sırasında “AMG GT S” və “Black Series AMG GT” arasında yer tutacaq. Yeniliyin əsas rəqibinin “Porsche 911 GT3 RS” olduğu bildirilir. Avtomobilin istehsalı Zindelfinqendəki zavodda həyata keçiriləcək.

“GT R”-i təkmilləşdirilmiş 4,0-litrlik benzin V8 mühərriki ilə təchiz ediblər. Bu mühərrik elə “AMG GT S” modelinə də quraşdırılıb və o, 503 a.g.-ə malikdir. Lakin təkmilləşdirmədən sonra o, 585 a.g.-ə malik olub. Aqreqat 7-pilləli sürət qutusu ilə birgə işləyir və 100 km/saatı 3,5 saniyəyə yığır. Maksimal sürəti isə 318 km/saatdır.

Avtomobilin xarici görünüşü yürüş üçün nəzərdə tutulan “Mercedes-AMG GT3”-ə bənzəyir. Sportkar böyük hava çıxıntıları, enli təkər arkaları, yeni bamperlər, yan ətəklər, böyük palçıq qoruyucuları və arxa diffuzor alıb. Avtomobil, həmçinin 19-düymlük qabaq və 20-düymlük arxa döymə təkər diskləri ilə təchiz edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 379 342 392 333 361

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.