Ümidli gözəl

Ümidli gözəl Mətbəx 3-08-2019, 22:07

QOZLU RULET RESEPTİ

QOZLU RULET RESEPTİ
Tərkibi:
4 rulet üçün:
6 st. un
1 st. şəkər tozu
250 qr. kərə yağı
2 yumurta
15 qr. maya
400 ml. süd
Duz

İçlik:
500 qr. qoz
1 st. süd
1 st. şəkər tozu
1/2 st. kişmiş

Üzərinə sürtmək üçün:
2 yumurta sarısı
2 x.q. bitki yağı
bir çimdik sarıkök

Hazırlanması:
1. Kərə yağı dərin qazanda əridilir, üzərinə şəkər tozu əlavə olunur və şəkər tam həll olmayana kimi qarışdırılır. Atəş söndürülür və soyuq süd əlavə olunur.
2. Un, duz, maya qarışdırılır. Süd və yağ qarışımı əlavə olunur və bərk olmayan xəmir yoğurulur. 3 saatlıq mayalanmağa qoyulur, vaxt aşırı yenidən yoğurulur.
3. İçlik hazırlanır: qoz blenderdən keçirdirilir. Qazana qoz, şəkər tozu və süd əlavə olunur. Şəkər tozu tam həll olana kimi az atəşdə qarışdırılır. Kişmiş əlavə olunur, qarışdırılır. Soyudulur.
4. Mayalanmış xəmir 4 yerə kündələnir. Hər kündə yayılır və üzərinə içlik çəkilir, rulet şəklində bükülür. 20 dəqiqə üzərini dəsmalla örtərək saxlanılır.
5. Ruletin üzərinə yağlı yumurta qarışımı çəkilir və əvvəlcədən 180 °C isinilmiş sobada 20 dəqiqə bişirilir.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
760 692 699 647 624 689

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.