HASANLY

HASANLY Xəbərlər 6-11-2019, 14:56

MSK-dan seçkilərlə bağlı qərar - Dörd KİV-də ödənişsiz yer ayrılacaq

MSK-dan seçkilərlə bağlı qərar - Dörd KİV-də ödənişsiz yer ayrılacaq
Bu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına dörd kütləvi informasiya vasitəsində (KİV) ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Mərkəzi Seçki Komissiyasından  bildirilib ki, həmin KİV-lər İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, və “Bakinski raboçi” qəzetidir.

Yuxarıda göstərilən qurumlar, o cümlədən, digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməlidirlər.

Efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
363 359 385 378 343 349

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.