HASANLY

HASANLY Xəbərlər 6-11-2019, 16:27

Azərbaycan şahmatçıları Olimpiadada daha iki medal qazanıb

Azərbaycan şahmatçıları Olimpiadada daha iki medal qazanıb
Xəbər verdiyimiz kimi, 16 yaşadək şahmatçılardan ibarət Azərbaycan komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub. 
Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, U-16 yığmamız 16 xalla Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.
Şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış  mərasiminə milli geyimdə qatılıb. Komanda üzvlərinə və baş məşqçi Fərid Abbasova qızıl medal və çempion üçün hazırlanan kubok təqdim olunub. Mükafatlandırma mərasimində iştirak edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim şahmatçılarımızı tarixi qələbə münasibətiylə təbrik edib. Ardınca şahmatçılarımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib.
Komandamızın üzvü Aydın Süleymanlı fərdi nəticələrinə əsasən ikinci lövhədə ən çox xal toplamaqla qızıl, Əhməd Əhmədzadə isə üçüncü lövhədə gümüş medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının prezidenti Seymur Talıbov da mötəbər yarışda komandamızı dəstəkləmək üçün Türkiyədə olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
433 400 404 398 375 364

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.