Nani_Fit

Nani_Fit Xəbərlər 10-11-2019, 20:32

Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı

Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı
Bakı və Sumqayıtda faliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən son monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb.

Məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb:

“Çünki həmin ərazidə olan şadlıq saraylarının sayı çoxdur. “Xan bağı”, “Cənnət”, “Xan sarayı”, “Hissa”, “Madonna”, “Milord”, “Grace Hall”, “Ayla” şadlıq sarayları, “Səhər mehi” və “Kometa” restoranlarında tullantıların miqdarı normadan çox olub.

Binəqədi rayonunda “Sonalar sonası”, “Şahənşah”, “Mələk”, “Oğuz xan”, “Qızıl tac”, “Al saray”, “Amor”, “Röya”, Xətai rayonunda “Fəridə”, “Leyla”, “Şahzadə”, “Elgün”, “Neapol”, “Movida”, “Mirana”, Nərimanov rayonunda “Şuşa”, “Su sonası” şadlıq sarayları, “Orman”, “Xankəndi”, “İsa bulağı” restoranları, Sumqayıt şəhərində “Qubadlı”, “Tural”, “Nurlan”, “Dan ulduzu”, “Şahanə” və “Dədə Qorqud”, Abşeronda “Qarabağ”, “Ülv”, “Səmayə” və “Sultan”, Gəncə şəhərində “Firuzə”, “Tural” və “Şahzadə” şadlıq saraylarıdır.

Həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
411 377 368 382 365 369

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.