Qadın ürəyi üçün təhlükəli olan peşələr açıqlandı

Qadın ürəyi üçün təhlükəli olan peşələr açıqlandı
Bəzi peşələr ürək-damar sisteminin vəziyyətini pisləşdirir. LoaDiNG.AZ “Qafqazinfo”-ya istinadən məlumatına görə, bunu amerikalı alimlər aydınlaşdırıb.

Müvafiq tədqiqatda 60 yaşa yaxın 65 mindən çox qadın iştirak edib. Elmi işin müəllifləri ən tələbatlı iyirmi peşəni nəzərdən keçirib. Əldə olunan nəticələrə görə, ən “ziyanlı” iş sahibləri sosial işçi, pərakəndə satış kassiri və tibb bacılarıdır.

Belə ki, birincilərdə ürək probleminin yaranma ehtimalı digərlərinə nisbətən 36 %, ikincilərdə 33 %, üçüncülərdə isə 14 % yüksəkdir. Alimlər qeyd edib ki, səhiyyə sahəsi ümumilikdə təhlükəlidir. Tibb bacıları ilə yanaşı, psixiatriya sahəsində çalışan mütəxəssislər, eləcə də pasiyentlərə evdə qulluq edən baxıcılar yüksək riskə məruz qalırlar.

Ürək üçün ən təhlükəsiz peşə sahibləri isə daşınmaz əmlak məsələləri üzrə makler, satış üzrə agent və katibələrdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
264 277 271 276 264 284

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.