Tanımadığınız şəxslə yazışmaya başlamağın ƏN YAXŞI YOLLARI
"Swipe Life" onlayn tanışlıq bloqunun müəlliflərindən biri olan Kristin Kollins Cekson tanımadığınız, lakin sizə maraqlı olan insanla yazışmağa başlamaq üçün ən yaxşı üsulları sadalayıb.
LOADING.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, onun fikrincə, profildə məlumatın az olması bəzən daha yaxşıdır. Standart "Salam" əvəzinə ilk mesajda qarşı tərəfin maraqları barədə soruşmaq olar. Bu halda "Niyə bu qədər sirlisən?" deyə soruşaraq, qarşı tərəfin özü barədə məlumat vermək istəyib-istəmədiyini yoxlamaq olar.
İlk söhbət üçün daha bir variant - özün barədə bir doğru və iki yanlış fakt yazıb doğrunu tapmasını istəməkdir. Bu cəsarətli addım dərhal diqqəti çəkə bilər.
Profildəki şəkillərə komment yazmaq və sizi həqiqətən maraqlandıran suallar vermək də üsullardan biridir. Siz əşyalar, geyim, yaxud istirahət etdiyi məkanla bağlı soruşa bilərsiz.
İlk mesaj üçün zarafat etmək də yaxşı seçimdir. Lakin başqalarının zarafatlarını kopyalamaqdansa, özünüzün nəsə fikirləşməyiniz daha yaxşı olar.
Bütün bu sadalananlar sizə uyğun deyilsə, yaxşısı həmin şəxsə onunla sadəcə tanış olub söhbət etmək istədiyinizi, lakin mövzu seçməkdə çətinlik çəkdiyinizi açıq şəkildə deyəsiniz. Ceksonun sözlərinə görə, hətta bu variant adi "Salam, necəsən?"-dən daha maraqlı olacaq.