HASANLY

HASANLY Video, Klip 22-11-2019, 15:46

Bakı-Sumqayıt-Bakı elektrik qatarı yenə gecikib

Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə olub.
Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, gecikməyə səbəb bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində yaranmış nasazlıq olub. 
Yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib:
“Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
459 500 460 416 453 459

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.