HASANLY

HASANLY Xəbərlər 27-11-2019, 13:48

Güneldən plastik əməmliyyat iddialarına sərt cavab: "Ağlayacam"

Güneldən plastik əməmliyyat iddialarına sərt cavab: "Ağlayacam"
Müğənni Günel Zeynalova ötən gün türk mediasında plastik əməliyyat etdirməsi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.
Loading.Az axşam.az-a istinadən bildirir ki, sənətçi əsəbləşdiyini, bu cür məlumatların yanlış olduğunu vurğulayıb:
"Oraya qoyulan şəkillər 12 yaşımda, Türkiyəyə ilk gələndə çəkilib. Uşaqlıq fotolarınızı açıb baxın, özünüzü heç bəyənməyəcəksiniz. Halımı bəyənirəm, dəstəkləyirəm. Çünki insanlar məni o cür tanıdı. Hər bir xanım kimi mən də plastik əməliyyat etdirdim. Burnumu etdirdim və üst dodağımı düzəltdirdim. Bundan da xoşbəxtəm. Gedin hansı həkimə istəyirsiz, soruşun, görün başqa bir estetik müdaxilə etdirmişəm? İndi bütün bədənini plastik əməliyyat etdirən və heç etdirməyən xanımlar var. Hamısına da hörmətlə yanaşıram.
1999-cu ildə 55 kiloqram idim. Sonra 52-51 oldum. İndi 44-45 oldum. Arıqlayan insanın üzündə ət qalmır. Heç bir şey kəsdirmədim. 34 yaşım var, bunu deməkdən çəkinmirəm.

Gedin yeni işlərimdən yazın, mahnılarım, kliplərim var. Nə günlərə qalmışıq. 1999-cu illərdə hər şey çox gözəl idi.
Bir də yazıblar ki, çənəmi düzəldirmişəm. Çənəmi niyə edim ki? Ağlayacam...".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 371 333 316 332 299

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.