HASANLY

HASANLY Xəbərlər 27-11-2019, 14:05

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edildi

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edildi
Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.
Loading.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə İranın Naxçıvan Muxtar Respublikadakı Baş konsulluğu məlumat yayıb.
Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər. Azərbaycanın digər rayonlarına səfər üçün isə viza rejimi qüvvədədir.
Azərbaycanın Xarici İşlər Nazirliyi faktı təsdiq edib.
Məlumat üçün deyək ki, bu ilin oktyabrında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği də azaldılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
321 346 311 316 332 272

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.