HASANLY

HASANLY Xəbərlər 29-11-2019, 10:54

Bu ölkədə nazir köməkçilərini süni intellekt əvəzləyəcək

Bu ölkədə nazir köməkçilərini süni intellekt əvəzləyəcək
İndoneziya Prezidenti Coko Vidodo bir sıra nazir köməkçiləri vəzifələrini ləğv etmək qərarına gəlib. Loading.Az  Azərtac-a istinadən bildirir ki, onların səlahiyyətlərini süni intellekt icra edəcək.
"Mən nazirlərə üçüncü və dördüncü dərəcəli əməkdaşlarını süni intellekt texnologiyaları ilə əvəzləməyi əmr etmişəm. Onlar bürokratik işləri daha tez yerinə yetirməyə imkan verəcək", - deyə dövlət başçısı bildirib.
İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Airlanqqa Hartartonun sözlərinə görə, bu yenilikdən, əsasən, dövlət lisenziyalarının verilməsi zamanı istifadə olunacaq. "Süni intellekt bizə risklərin avtomatik hesablaması sisteminə əsaslanaraq icazələri sənədləşdirmək imkanı yaradacaq", - deyə məmur qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
366 405 363 343 371 338

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.