HASANLY

HASANLY Xəbərlər 29-11-2019, 10:41

"Qarabağ" qrupda qaldı

"Qarabağ" qrupda qaldı
"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
Loading.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan çempionu V tur çərçivəsində "Sevilya"nın qonağı olub.
A qrupunda 1-ci yeri təmin edən İspaniya təmsilçisi üçün qarşılaşma formal xarakter daşıyırdı. Ancaq "Qarabağ"ın taleyi məhz bu matçdan asılı ola bilərdi.
Çünki qrupun digər görüşündə APOEL "Düdelanj"ə məğlub edərsə, ağdamlıların İspaniyadan ən azı 1 xalla qayıtmaqdan başqa çarəsi qalmayacaqdı. Təəssüf ki, Kipr klubu Lüksemburq səfərindən qalib dönüb - 2:0. "Qarabağ" isə "Sevilya"ya uduzmaqla böyük fürsəti əldən verib.
Avropa Liqası
Qrup mərhələsi, V tur
A qrupu
28 noyabr
"Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan) 2:0
Qol: Brayan Xil, 61. Munas Dabbur, 90+2.
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu. Hakimlər: Mohammed Əl-Hakim, Fredrik Kliver, Mahbod Beigi, Martin Stromberqsson (hamısı İsveç)
Hakim-inspektor: Laurent Duhamel (Fransa). UEFA nümayəndəsi: Paul Daniel Zaharia (Rumıniya)
Sevilya: 13. Yassin Bunu, 3. Serxi Qomes, 6. Daniel Karriso (k), 7 Roni Lopes, 9. Munas Dabbur, 11. Munir El Haddadi, 14. Çiçarito, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres.
Ehtiyat oyunçular: Tomas Vatslik, 5. Lukas Okampos, 12. Xules Kunde, 22. Franko Vaskes, 26. Xose Mena, 30. Brayan Xil, 34. Felipe.
Baş məşqçi: Xulen Lopeteqi.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 7. Araz Abdullayev, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov, 21. Hacıağa Hacıyev, 23. Faysal Rerras.
Baş məşqçi: Qurban Qurbanov.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
362 332 312 373 351 304

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.