HASANLY

HASANLY Xəbərlər 29-11-2019, 10:46

Angela Merkel Berlindəki çıxışı əsnasında yıxılıb

Angela Merkel Berlindəki çıxışı əsnasında yıxılıb
Almaniya kansleri Angela Merkel, noyabrın 27-si Federal Ticarət Palataları Birliyinin Berlində keçirilən iclasında çıxışı zamanı səhnəyə yıxılıb.
Loading.Az Trend-ə istinadən bildirir ki, görüş iştirakçılarından biri hadisəni şərh edərkən "Hər şey arxadan ciddi görünürdü" deyib.
Sonradan məlum olduğu kimi, şahid səhv edib. Merkel sadəcə olaraq səhnəyə aparan pilləkənləri seçməyib və bir metr hündürlükdəki səhnəyə tullanmağa çalışıb. Balansını itirən hökumət başçısı yıxılmağa başlaıyb, lakin yenidən tez ayağa qalxıb.

Siyasətçi çıxışını özünə qarşı istehza ilə başlayaraq deyib: "Sol tərəfdəki pilləkənləri görmədim. Geri dönərkən, pilləkənlərlə düşəcəm". Almaniya hökumətinin rəsmi nümayəndəsi Stefan Seybert daha sonra jurnalistlərə A.Merkelin sadəcə büdrədiyini təsdiqləyib və özünü yaxşı hiss etdiyini bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
387 379 362 382 330 357

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.