HASANLY

HASANLY Xəbərlər 29-11-2019, 11:11

Bələdiyyə seçkilərində seçiciyə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsinə başlanılır

Bələdiyyə seçkilərində seçiciyə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsinə başlanılır
Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır.
Loading.Az Trend-ə istinadən bildirir ki, vəsiqələr məntəqə seçki komissiyaları tərəfindən səsvermə gününə 24-3 gün qalanadək, yəni 2019-cu il noyabrın 29-dan dekabrın 20-dək dəqdim edilməlidir.
Dairə seçki komissiyaları tərəfindən isə vəsiqələrin verilməsi prosesi noyabrın 28-də başa çatıb. Belə ki, vəsiqələr dairə deçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalandək, yəni 2019-cu il noyabrın 8-dən 28-dək davam edib.
Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər 15,156 bələdiyyə üzvlüyü üzrə baş tutacaq. Ümumilikdə seçkilərdə iştirak etmək üçün 42 mindən çox namizəd müraciət edib. Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti artıq noyabrın 22-də başa çatıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
412 359 329 331 282 324

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.