HASANLY

HASANLY Xəbərlər 29-11-2019, 15:10

Əsas məqsəd ölkəyə gələn turistləri dünya standartlarına uyğun xidmətlərlə təmin etməkdir

Əsas məqsəd ölkəyə gələn turistləri dünya standartlarına uyğun xidmətlərlə təmin etməkdir
"Azərbaycanın qlobal miqyasda rəqabət qabiliyyətini artırmaq və ölkəyə səfər edən turistləri dünya standartlarına uyğun xidmətlərlə təmin etmək əsas məqsədlərdəndir".
Loading.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib.
Onun sözlərinə görə, bunun üçün yeni yaradılmış Destinasiya Menecment Təşkilatının vasitəsilə hotellər, hava yolları şirkətləri, tur-operatorlar, turizm bələdçiləri və s. özündə birləşdirən turizm sənayesi şəbəkəsi ilə yaxından əməkdaşlıq etmək lazımdır.
F.Zenqstşmit bildirib ki, kadrların hazırlanması üçün regionlarda turizm təhsili sahəsinə sərmayələr yatırılmalıdır: "Azərbaycanda turizmin inkişafı əsas priotitetimizdir. Turizmin gələcəyi məhz yeni texnologiyalara əsaslanır. Azərbaycan da qlobal çağırışlarla ayaqlaşmalıdır. Təbii ki, yolumuzda müəyyən çətinliklər olacaq. Amma bu yolu birlikdə getdiyimiz zaman uğurlarımız olacaq. Məqsədimizə çatmaqda vasitəçi olan tərəfdaşlarımızın və digər əlaqədar tərəflərin dəstəyi olmadan uğurlar əlçatmaz olar. Qarşıda görüləcək çox iş var".

Baş icraçı direktor turizm xidmətlərinin səviyyəsinin yenilənməsini də vacib sayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
358 366 344 373 366 287

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.