HASANLY

HASANLY Xəbərlər 30-11-2019, 13:00

Ən çirkli havası olan metro açıqlandı

Ən çirkli havası olan metro açıqlandı
London metrosundakı hava bütün dünyada ən çirkli hesab olunur.
Loading.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Britaniya metropolitenində havanın çirklilik səviyyəsi şəhərdəkini 15 dəfə üstələyir. Kral kollecinin tədqiqatçıları qeyd edirlər ki, "Viktoriya" və "Şimali" xəttlərdəki situasiya digərlərindən daha acınacaqlıdır.
"TASS" yazır ki, London metrosunun bəzi xəttlərində insan sağlamlığı üçün zərərli olan kiçik hissəciklərin konsenstrasiyası Barselona, Los-Anceles, Nyu-York, Pekin, Seul və Sidney metropolitenlərindəkindən daha yüksəkdir.
Tədiqatçılar bu cür çirklənməni təkərlərin relslərə sürtünməsi, eskalatorların işləməsi, eləcə də havalandırmanın yetərincə effektiv olmaması ilə izah edir. Qoruyucu tədbirlər kimi stansiyalarda sərnişinlər və dəmiryolu xətləri arasında xüsusi konstruksiyaların yerləşdirilməsi təklif olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
385 389 383 329 316 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.