HASANLY

HASANLY Xəbərlər 30-11-2019, 17:27

Topdaşıyan uşaq Mourinyonun dəvətini niyə qəbul etməyib?

Topdaşıyan uşaq Mourinyonun dəvətini niyə qəbul etməyib?
Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Tottenhem" - "Olimpiakos"la matçında Mourinyonun topu sürətli şəkildə oyuna daxil etdiyinə görə təşəkkür etdiyi bolboy (topdaşıyan uşaq) maraqlı açıqlamalar verib.
Loading.Az qol.az-a istinadən xəbər verir ki, baş verənlərə inana bilmədiyini deyən 15 yaşlı Kallum Heyenes Mourinyonun onu paltardəyişmə otağına dəvət etdiyini ancaq dərslərinə görə evə tələsdiyi üçün bu təklifə yox cavabı verdiyini bildirib:

"Hər şey reallıqdan uzaq idi. Mənim üçün həyatımda heç vaxt unutmayacağım bir şey etdi. Mourinyonun təklifini qəbul etməməyimin səbəbi səhər riyaziyyat imtahanımın olması idi. Evə qayıdarkən yol boyunca dərs oxumuşdum".

Xatırladaq ki, "Tottenhem"in 4:2 hesabı ilə qalib gəldiyi matçda bolboy autu başlamaq üçün topu dərhal Serju Oryeyə atıb. Bundan sonra London klubu hesabı 2:2 edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
361 322 296 301 365 349

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.