Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 6-12-2019, 18:00

Dünya bu fotodan danışır: Trampın kürəyinə "silah" dirədilər

Dünya bu fotodan danışır: Trampın kürəyinə "silah" dirədilər
Avropa Xalq Partiyasının lideri, Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Donald Tuskun ABŞ Prezidenti Donald Trampın kürəyinə “silah” dirədiyi foto bütün dünyada gündəmə çevrilib.

“CNN Türk” xəbər verir ki, sözügedən fotonu Tusk “Twitter” hesabında paylaşıb.

Fotoda Tusk iki barmağını ABŞ Prezidenti Donald Trampın kürəyinə silahabənzər şəkildə tutub.

Tusk fotonu “dövri turbulentliklərə baxmayaraq, transatlantik dostluğumuz davam etməlidir” başlığı ilə paylaşıb.

Rəsmilərin geyimləri nəzərə alınaraq fotonun ötən il Kanadada təşkil olunan G7 zirvəsində çəkildiyi bəlli olub.

Hələlik ABŞ prezidenti paylaşıma heç bir reaksiya verməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
377 351 342 416 382 304

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.