Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 8-12-2019, 20:44

Eldar Qasımovun yeni görkəmi görənləri şoka saldı - FOTO

Eldar Qasımovun yeni görkəmi görənləri şoka saldı - FOTO
2011-ci ildə Azərbaycana “Avroviziya” sevinci bəxş edən müğənni Eldar Qasımov xarici görünüşündə etdiyi dəyişikliklə gündəmə gəlib.

Eldar saçlarını bu dəfə qısa kəsdirərək, onları yaşıl rəngə boyadıb. “İnstagram” hesabında yeni tərzdə foto paylaşan Qasımov yaşıl rəngli saçlarını “səməniyə” bənzədib: 

“El-obamıza hələ heç yeni il gəlib çatmayıb, başımda isə artıq səməni bitməkdədir”.

İzləyicilərin çoxu Eldarın yaşıl rəngə boyanmış saçlarını bəyənməyib, tənqid ediblər. Qeyd edək ki, Eldar Qasımov bir müddət öncə tünd qəhvəyi saçlarını sarı rəngə boyadaraq, sarışın olmuşdu. Bununla yanaşı, o qulaqlarının bir neçə yerinə pirsinq etdirib.

Beləcə, Eldar adını yerli şou-biznesin “sırğa taxan kişi məşhurları” sırasına yazıb.(oxu)

Eldar Qasımovun yeni görkəmi görənləri şoka saldı - FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
628 634 514 496 583 564

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.