HASANLY

HASANLY Xəbərlər 12-12-2019, 19:30

Rusiya Almaniyanın iki diplomatını “arzuolunmaz şəxs” elan etdi

Rusiya Almaniyanın iki diplomatını “arzuolunmaz şəxs” elan etdi
Almaniyanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Loading.Az APA-ya istinadən xəbər verir ki, səfir Almaniyanın dekabrın 4-də iki Rusiya diplomatını "arzuolunmaz şəxs" elan etməsinə etiraz olaraq XİN-ə dəvət olunub.
Rusiya Almaniyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını "arzuolunmaz şəxs" elan edib. Onlardan bir həftə ərzində ölkəni tərk etmələri tələb olunub.
Qeyd edək ki, dekabrın 4-də Almaniya XİN Rusiyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını "persona non grata" elan edib. Buna səbəb avqustun 23-də Berlində çeçen əsilli Gürcüstan vətəndaşı, Aslan Məshədov və Şamil Basayevin yaxın tərəfdarı Zəlimxan Xanqoşvilinin qətlə yetirilməsidir. Berlin polisi qətli törətməkdə şübhəli bilinən şəxsin 49 yaşlı Rusiya vətəndaşı olduğunu açıqlayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
486 450 413 417 407 401

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.