HASANLY

HASANLY Xəbərlər 13-12-2019, 11:30

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Loading.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində qeydə alınıb.
Avtoqəza zamanı Elnur Məmmədovun idarə etdiyi "Range Rover" markalı minik maşını ilə Lamiyə Əbəçiyevanın idarə etdiyi "Jeep Grand Cherokee" markalı nəqliyyat vasitəsi toqquşub. Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisədən sonra sürücülər arasında mübahisə də yaranıb. Hətta "Jeep" markalı avtomobilin xanım sürücüsü APA-nın çəkiliş qrupuna da təzyiqlər göstərib.
Əraziyə polis əməkdaşları cəlb olunub və müayinələr aparılıb. Sürücülər ifadələrinin alınması üçün polis orqanına dəvət edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
364 325 331 372 322 289

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.