reklam
Rəşad Sadıqovdan Elxan Məmmədova cavab Rəşad Sadıqovdan Elxan Məmmədova cavab https://take.az/uploads/posts/2019-12/thumbs/1576220789loading.az_810077.jpg
HASANLY

HASANLY Xəbərlər 13-12-2019, 11:30

Rəşad Sadıqovdan Elxan Məmmədova cavab

Rəşad Sadıqovdan Elxan Məmmədova cavab
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Düdelanj"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Oyun gözlədiyimiz kimi başlamadı. Rəqibin həm sistemi, həm də oyun üslubu gözlənilməz oldu. Amma biz təcrübəli komandayıq. Belə şeylərə hazır olmalıyıq. Amma təəssüf ki, hazır olmadıq. İlk hissədə demək olar ki, oynamağa imkan vermədilər. Qol epizodlarımız oldu, amma öz oyunumuzu göstərə  bilmədik. Birinci hissədən sonra məşqçimiz bizi sərt şəkildə tənqid etdi. İkinci hissədə daha sürətli, dəqiq oynayıb, topa daha çox sahib olmağımızı tələb etdi. İkinci hissə başlayan kimi azlıqda qaldıq.  Sonra da qapımızda qol gördük. Amma qol buraxdıdan sonra komanda əzmkarlıq göstərdi. Hətta, məğlub olsaydıq belə, eyni sözləri deyərdim. Sona qədər mübarizə apardıq. Bir neçə 100 faizlik qol epizodlarımız oldu. Onlardan da istifadə edə bilmədik. Amma şükürlər olsun ki, hesabı bərabərləşdirdik və qrup mərhələsini məğlubiyyətlə başa vurmadıq.
- Bu matç qrupdan çıxmaq anlamında heç nəyi həll etmirdi. Bu, motivasiya baxımından oyununuzun alınmamasına təsir göstərə bilər?
- Həqiqətən  də səbəblər çoxdur. Təkcə bu deyil. Toplasaq, komanda 30-a yaxın matça çıxıb. Heyətimizdə milli komandada çıxış edən  futbolçular da çoxdur. Onların da oyunlarını nəzərə alsaq, 33-34 görüş edir. Həqiqətən də komanda çox yorğundur. Düzdür, hamı təkrarlayır. Hamı da bilir. Amma mən də deyim:  komanda yorğundur. Bilirsiniz ki,  motivasiya baxımından böyük zərbələr almışıq. Bu il qrupdan çıxacağımıza çox ümidli idik. Hətta, oyundan əvvəl isinmə hərəkətlərini yerinə yetirib, qayıdanda Qurban müəllim dedi ki, "xoşuma gəlmədiniz". Amma hamı bilir ki, səbəb nədir. Qol buraxandan sonra sanki komanda ayıldı. Dişini göstərdi ki, məğlub olmaq istəmir. Hər bir qarşılaşmaya ciddi yanaşmalıyıq. "Qarabağ" forması ilə çıxdığımız hər oyunda canımızı meydanda qoymalıyıq.
- Yekun olaraq, qrup mərhələsindəki bütün oyunları nəzərə alsaq, "Qarabağ"ın  gücünə görə tutduğu yer uyğundur, yoxsa, bəxti gətirmədi?
- Belə deyək, qrupdakı komandaların adı bəlli olanda mənim üçün güclər bərabər idi. APOEL-lə bizim gücümüz eyni idi. Sonra oyunlar da  bizim onlardan daha da qat-qat yaxşı çıxış etdiyimizi göstərdi. Fikir verirsinizsə, özlərinin də açıqlamalarında şübhə var ki, "Qarabağ" bizi keçməli idi. Daim eyni açıqlamaları verirlər. Onlardan dəfələrə üstün futbol oynadığımızı hamı gördü. Təəssüflər olsun ki, xüsusilə səfərdəki matçda çoxsaylı qol imkanlarımızı boşa verdik. Biz hesabı açandan sonra heç olmasa, 1 qol da  vurub, hesabı 2:0 etsəydik, bugünkü oyun demək olar ki, formallıq daşıyacaqdı. Amma təəssüflər olsun ki, bunlardan istifadə edə bilmədik. Yenə deyirəm belə hallarla çox qarşılaşmışıq. Yadınızdadırsa, Çempionlar Liqasında 2-ci təsnifat mərhələsini keçəndə yaxşı oynayırdıq. "Viktorya", "Seltik"lə görüşləri misal gətirim. Nə isə çatışmazlıq vardı, mərhələni keçmirdik. İndi səbirli olmaq lazımdır. Uğur səbr, zəhmət tələb edir səbirli olub, qarşıdakı mövsümlərə hazırlaşmalayıq. Məncə, qrupda mübarizə aparmağı bu qədər kiçiltmək, balacalaşdırmaq lazım deyil. Mən xatırladım ki,  Azərbaycan klubları 1 qrup oyununu evdə  oynasın deyə arzu edirdik.  Bəli, bu il çox yaxşı şansımız vardı. Oyun baxımından da yaxşı idik. Amma təəssüflər olsun ki, sonda nəticə istədiyimiz kimi olmadı.
- APOEL-in "Sevilya"ya qalib gəlməsi sizin üçün gözlənilməz oldu?
- Düzü, bu haqda xəbərim yoxdur. Yəni, APOEL zəif rəqib deyildi. Sadəcə olaraq biz onları iki qarşılaşmada da  çox üstələdik. Təəssüflər olsun ki, heç olmasa, 1-də qalib gəlmədik.
- Təxminən 3 ay əvvəl - Avroliqa mövsümü başlamamış bildirmişdin ki,  "Sevilya"nı çıxmaq şərt şərti ilə güclər bərabərdir. Nəhayət ki, bu mövsüm qrupdan çıxmalıyıq.
- Çıxmalıyıq?
- Bəli.
- Mən həyatım boyu belə açıqlama verməmişəm. Özümə əminəm və mentalitetimi bilirəm. Heç vaxt deyə bilmərəm ki, qrupdan çıxmalıyıq. Çalışacağıq, cəhd edəcəyik, güclər bərabərdir demişəm. Amma futbolda əvvəlcədən proqnoz vermək olmaz. Bu gün sən "Düdelanj'a da məğlub ola bilərdin. "Düdelanj" isə APOEL-lə çox yaxşı oynayıb, udmuşdu.  Halbuki evdə də onlara qarşı çox yaxşı oynamışdılar. Çox epizodlar vardı ki, qırılma nöqtələri oldu. Bir epizod hər şeyi həll edə bilərdi. 1:0 hesabı ilə irəlidə olanda  50-ci dəqiqədən 57-ci dəqiqəyədək bizim 3-4 real qol epizodumuz olub. Biz vurmamışıq, 58-ci dəqiqədə onlar künc zərbəsindən qol vurublar. Təəssüflər olsun ki, o epizodlar bizim xeyirimizə olmadı. Deməli, daha çox çalışmaq lazımdır. Amma yenı deyirəm, qrupa düşməyimizi adiləşdirmək lazım deyil. Mən istəmirəm ki, gələcək illərdə qrupda oynamaq bizim üçün xəyal olsun. Bu, həqiqətən də çətin bir şeydir. 4 tur keçirsən. Avropa klublarına qarşı oynayırsan. Mən arzu edərəm ki, hər bir klubumuz qrupa düşsün. Səhv etmirəmsə, biz bir qələbənin belə arzusundaydıq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
286 263 246 267 247 275

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.