HASANLY

HASANLY Xəbərlər 13-12-2019, 13:00

"130 minə satıb, Bakıda bağ tikdirəcəm" - Könül Xasıyeva

"130 minə satıb, Bakıda bağ tikdirəcəm" - Könül Xasıyeva
"Anamın xəstəliyi daha da irəliləyib. Yaddaşını tamam itirib, indi heç məni də tanımır. Övladları qərar verdik ki, hərəmiz aparıb 15 gün ona baxaq".
Loading.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "5/5" verilişində deyib. Muğam ifaçısı anasının səhhətindən bəhs edib. O, Şəkidəki evini buna görə satışa çıxardığını deyib:
"Köçdüm Şəkiyə. Atam dünyasını dəyişdi, anam təkdir. 81 yaşı var. Qarşıdan qış gəlir, çətin olur ora getmək. Uşaqların da məktəbi var. Əvvəl Bakıda qalmırdı, evini tanıyırdı. İndi evi də tanımır. Məcbur ata ocağını satırıq. Sahibsiz qalacaq. Ötən il evi qəşəng təmir etdirdim".
Xasıyeva evinə qoyulan qiyməti də açıqlayıb: 

"Qiymətləndirdilər, 75 min dollardır. 130 min manat nədir ki... Düşərli evdir, bütün nailiyyətlərimi orada qazanmışam. Satılsa, Bakıda bir bağ evi tikdirəcəm".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
475 501 495 433 477 522

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.