Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 3-01-2020, 18:47

"O qədər gözəl yatmışdın ki, qıyıb oyada bilmədim" - Dəhşətli gecədən yazdı

"O qədər gözəl yatmışdın ki, qıyıb oyada bilmədim" - Dəhşətli gecədən yazdı
2019-cu ilin dekabrın 31-i Ukraynın paytaxtı Kiyevdə yatıb, yuxudan oyanmayan azərbaycanlı gənc Cavidan Abdullayev dəfn edilib.

Aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytinantı Murad Abdullayevin qardaşı olan Cavidanın yanında aparıcı Seyran Əliyevanın da olduğu ortaya çıxıb.
Bu barədə aparıcı özü məlumat verib:

“Söz tapıb yaza bilmirəm. Son üç gündür yuxu yatmırıq. Sənə bu ölüm heç yaraşmır. Sən Allahın nə qədər sevimli bəndəsisən ki, ölümün belə gözəldir. O qədər gözəl yatmışdın ki, qıyıb səni oyada bilmədim. Həyatımda sənin qədər abırlı, tərbiyyəli, namuslu oğul hələ görməmişdim. İgid oğul, Allah sənə rəhmət etsin. Mələk qəlblimiz, ölüm haqqdır, amma sənə heç yaraşmadı”.

"O qədər gözəl yatmışdın ki, qıyıb oyada bilmədim" - Dəhşətli gecədən yazdı

Qeyd edək ki, S.Əliyeva bayram günü etdiyi paylaşımda Yeni ili tək keçirəcəyini yazıb, daha sonra isə onun Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova ilə çəkilən fotosu sosial mediada paylaşılıb.Həmin gecə P.Abıyeva, S.Hüseynova, S.Əliyeva və hər iki qardaş - Murad və Cavid Abdullayevlər Yeni ili Kiyevdə yerləşən “CHI club Kiev”də keçiriblər. Cavidan isə bayram gecəsi vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.

"O qədər gözəl yatmışdın ki, qıyıb oyada bilmədim" - Dəhşətli gecədən yazdı

Onu da bildirək ki, baş verən faciədən sonra Pərvin Abıyeva və rəfiqəsi Səmra Hüseynova sosial media hesablarını bağlayıb. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
532 460 543 477 486 482

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.