_OrXaN_

_OrXaN_ Texnologiya 11-08-2016, 23:12

“Chrome” “Flash” texnologiyasından imtina etdi

“Chrome” “Flash” texnologiyasından imtina etdi
“Chrome” “Flash” texnologiyasından imtina etdi

“Mozilla Firefox” brauzerinin tərtibatçıları da müvafiq bəyanat veriblər.
“Google” şirkəti “Chrome” brauzerində “Flash” texnologiyanın dəstəyinin dayandırılacağını rəsmən bəyan edib. “Mozilla Firefox” brauzerinin tərtibatçıları da müvafiq bəyanat veriblər.

“Flash” internetdə geniş istifadə olunan texnologiyadır. Lakin bu texnologiya veb-səhifələrin 90 faizini həddən artıq yükləyir, nəticədə veb-səhifələrin yüklənməsinə xeyli vaxt sərf olunur. Bundan başqa, “Flash” texnologiyasında müntəzəm kritik boşluqlar aşkar edilir ki, bu da hakerlərə istifadəçi məlumatlara müdaxilə etməyə imkan verir.

“Google”un nümayəndələri bildirirlər ki, sentyabrda istifadəyə veriləcək “Chrome 53” versiyasında “Flash” texnologiyası bloklanacaq.

“Mozilla” isə konkret müddət bildirməyib. Ancaq tərtibatçılar iddia edirlər ki, “Flash”dan imtina brauzerin işləməsində ləngimə və başqa problemlərin yaranmasını 10 faiz azaldacaq.

“HTML5” texnologiyasından istifadə brauzerin işini sürətləndirəcək, çünki səhifəni daha effektiv təsvir edir. Populyar resursların əksəriyyəti “HTML5”i dəstəkləyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
614 629 533 513 478 537

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.