reklam
Paxıllıq haqqında aforizmlər Paxıllıq haqqında aforizmlər https://resmim.net/f/WTNjxz.jpg
Kənan Heydərov

Kənan Heydərov Aforizm 15-02-2020, 16:57

Paxıllıq haqqında aforizmlər

Paxıllıq haqqında aforizmlər
Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir.   ( Onore de Balzak )

Paxıl adam ölülərə dirilərə acıq vermək üçün hörmət edər.   ( Klod Adrian Helvetsi: Fransız filosofu )


Nifrət fəal, paxıllıq isə passiv narazılıq hissidir. Buna görə də təəccüblü deyil ki, paxıllıq hissi tez bir zamanda nifrətə çevrilir.   (İohann Höte: Alman şairi )


Comərdliyə güvənsən də, sadiq sanma sirdaşları,
Paxıllıqdan gör nə etdi, gör Yusifin qardaşları.      ( Məhəmməd Füzuli )

 
Paxıl insan üçün ən kədərli şey heç kəsin ona paxıllıq etməməsidir.   ( Frensis Bret Hart: Amerika yazıçısı )


Danışan və bağıran paxıllıq, adətən, ziyansız olur; qınına çəkilmiş dilsiz paxıllıqdan qorxmaq lazımdır.   ( Antuan Rivarol: Fransız yazıçısı )


Paxıl adam elə bilər ki, qonşusunun ayağı sınsa, o daha yaxşı yeriyər.   ( Danimarka atalar sözü )


Paxıllıq yana bilsəydi, dünyada başqa yanacağa ehtiyac qalmazdı.   ( Atalar sözü ) 



Paxıl olma, qüssən olmasın.

Paxıl artmaz.

Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!

Paxıl olmasan dərdin olmaz.

Paxıl artsa, qurd artar.

Paxıl adam ac canavardan pisdir.

Paxılın axırı olmaz.

Paxılın goru cəhənnəmdir.

Paxıla tanrı verməz, versə də qarnı doymaz.

Paxılın gözü doymaz.

Paxılın bağı göyərməz.

Üzü qərənin üzü yox, paxıl adamın gözü yox.

Paxıl o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.

Paxıl adam bir dəfə ölmür: rəqibi haqqında tərifli sözlər eşitdikcə hər dəfə ölür.


Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir

Düşmənçilik fəal, paxıllıq isə passiv narazılıqdır. Buna görə də paxıllığın tezliklə nifrətə çevrilməsinə təəccüblənmək lazım deyil.

Xəsis yemək zamanı toyuğu hinə salar, pişiyi evdən qovar.

Həqiqi insan ləyaqətinin bir üstünlüyü də ondadır ki, hətta paxıl adamlar da onu tərifləməyə məcburdur.


Paxıla tanrı verməz, versə də qarnı doymaz.

Üzü qərənin üzü yox, paxıl adamın gözü yox. 


«Hündür qüllələri kölgələrinin uzunluğu, böyük adamları paxıllarının sayı ilə ölçürlər.»Çin atalar sözü

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
810 757 715 660 751 547

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.