HASANLY

HASANLY Xəbərlər 2-04-2020, 17:04

Bakının bu ərazisində təbii qazın verilişi dayandırıldı

Bakının bu ərazisində təbii qazın verilişi dayandırıldı
Bakının Nəsimi rayonu ərazisində təbii qazın verilişi dayandırılıb.

Loading.Az Oxu.Az-a istinadla xəbər verir ki, Nəsimi rayonu, Cavadxan küçəsi, 29 ünvanında əhaliyə təbii qazın verilişi məhdudlaşdırılıb. Məhdudlaşdırmaya səbəb ərazidən keçən qaz xəttində qeydə alınan qəzadır.


“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, sözügedən ərazidə qəza səbəbindən baş verən problemlərin aradan qaldırılması istiqamətində işlər görülür:

“Ərazidən keçən yeraltı qaz xəttində qəza baş verib. Bu səbəbdən, təhlükəsizlik məqsədilə ərazi üzrə təbii qazın verilişi dayandırılıb. Mövcud problem aradan qaldırıldıqdan sonra təxminən üç saat ərzində təbii qazın verilişi bərpa ediləcək”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
466 525 438 447 465 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.